Xəyalə Sevil - Biz ki qışın şaxtasında...

Ədəbiyyat 21:58 / 03.03.2026 Baxış sayı: 211

Biz ki qışın şaxtasında

Donduq, isti sevgidi də.

Niyə bacara bilməyək?

Altı-üstü sevgidi də.

 

İsidirsən, qalın gəlim?

Başıaçıq, yalın gəlim.

O mahnıda deyirdi e,

Ay pətəyim, balım, gəlim?

 

Niyə qədrimi bilmirsən?

Bir inanmaq hissin olsun.

Qoymuram dərdimdən ölən

Bax, səndən özgəsi olsun.