Xatirə Rəhimbəyli - Sən mənə taleyin zülm payısan
Sən mənə taleyin zülm payısan ,
Göynəyən könlümü bir üfləsən sən...
Ruhumun qısılıb düstaq qaldığı
İkicə kəlmədən özgə nəsən sən ?!
Gördünmü quruyan qaxac ömrümü ,
Cismimi qovuran bu sac ömrümü ?!
Bu kədər yarpaqlı ağac ömrümü ,
Nolar ,bircə kərə silkələsən sən ?!
Namərd quyulardı,xəbərçi qamış ,
Könlümdə bir zərrə inam qalmamış...
Etibarı perik ,ümidi sınmış ,
Ürək nələr çəkir , nə biləsən sən ...