Şövkət Zərin Horovlu - Bütöv Azərbaycanı

Ədəbiyyat 12:16 / 03.03.2026 Baxış sayı: 183

 

 

Mənim Şah yurdumda gəzdiyin,yetər,

Qaytar, o tarixi torpağımı ver!

Xürafətlə boğub əzdiyin ,yetər,

Qaytar,sazlı -sözlü növrağımı ver!

 

Söyüd nəslindəsən, artıb-törəməz,

Torpaq həsrətini qana bilməzsən!

Ağzına daş basma , türkəm -deyənin,

Sən əlli milyonu dana bilməzsən!

 

Təbriz özümündür,Rəşt də mənimdi,

Bəlkə yaddaşını təzələyəsən?

Yəqin Sah babamı unutmamısan,

Biz Qacar nəsliyik, sən bir köləsən!

 

Dünən düşmənlərin yardıq bağrını,

Bu gün Kəlbəcırəm, sabah da Xoyam!

Qılıncla almışam Qarabağımı,

Sinəm vətənləşir,o tay, bu tayam!

 

Səsimiz gurlaşıb,Şuşadan gəlir,

Tarix təzələnir, yolumuz haqdır!

Suşada ucalan Zəfər bayrağım,

Sabah da Təbrizdə ucalacaqdır!

 

Ərənlər uyuyan Ərdəbili ver,

Məkrinlə ayırdın ruhundan canı!

Yenə sədlır yaraq, qoy cahan bilsun,

Alqışlasın , bütöv Azərbaycanı!