Adil Şirin - İlahi, qan qoxuyur

Ədəbiyyat 11:30 / 03.03.2026 Baxış sayı: 189

* * *

İlahi, qan qoxuyur

Dünyanın səhərləri.

Havadan bombalanır,

Müsəlman şəhərləri.

 

Gül qoxulu bir uşaq,

Solur divar dibində.

Atasının şəkli var

Bir qatilin cibində.

 

Bülbüllə, güllə, qanla

Süslənir xatirələr.

Unutmayın insanlar,

Unutmayın xalıq var...

 

İlahi, qan qoxuyur

Müsəlman şəhərləri.

Ağlayır qoca şərqin

İxtiyar şairləri.

 

Nə sən məndən fərqlisən,

Nə mən səndən fərqliyəm.

Lə İlahə İllallah,

Mən şərqliyəm, şərqliyəm...