Ay Bəniz Əliyar - MƏNƏ
Ədəbiyyat
14:42 / 03.03.2026
Baxış sayı: 155
İndi kiməm, nəçiyəm,
Qayıt bir də bax mənə.
Gör səni sevdiyimçün
Neylədi Allah mənə.
Bu sevdanın üstə mən,
Batıb qaldım yasda mən.
"Ah" çəkirsən, istəməm,
Neyləyəcək "ah" mənə?
Sənə niyə əl açım?
Səndə yoxdur əlacım.
Hazırdı dar ağacım,
Əfv fərmanı yox mənə.
Aybəniz AY Bəniz Əliyar