Əşrəf Veysəlli - KÖNLÜMÜ
Bu amansız ölüm aman vermdı,
Qoymadı çıxmağa yaza könlmü.
Qəlbim özü boyda hissdi, nəğmədi,
Bükün bayatıya, sözə könlümü.
O boynu bükülü yar mələyimdi,
O mənim öz gülüm, öz çiçəyimdir.
Ay ellər, hər balam bir ürəyimdir,
Tapşırıb gedirəm sizə könlümü.
Dərdim çox uzundur , yz, ağla məni,
Ağlama! Ağlasan yaz ağla məni.
Ana, qurban olum, az ağla məni,
Sən allah, öyrətmə naza könlümü.
Torpaq! Ruhumuzun qanadı torpaq,
Gördü yaralıyam, qanadı torpaq.
Yaxşı deyirlər ki, anadır torpaq,
O qoymaz bu dərdlər üzə könlümü.
O, əgər istəsə külü gül eylər.
Hər gülü bəsləyib bir qəndil eylər.
Yaralı qəlbmi qərənfil eylər,
Təzədən güldürər üzə könlümü.
1992- ci il.