Ərdoğandan yeni əməliyyat mesajı: Bir gecə qəfil gələ bilərik!

DÜNYA 20:30 / 01.10.2023 Baxış sayı: 1785

 

Bütün cənub sərhədlərinin ən azı 30 km enində təhlükəsizlik zolağı ilə qorunması və ondan irəli gələn fəaliyyət strategiyası daim nəzarət altındadır.

Yenisesaz xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə (TBMM) çıxışında deyib.

“Atacağımız yeni addımlar sadəcə hazırlıq, zaman və şərait məsələsidir. Ona görə də, “Bir gecə qəfil gələ bilərik” sözü heç vaxt qulaqlardan getməsin, deyirik”, - deyə türk lider bildirib.