Emin Piri : - SAFDI GÜNAHKAR
Ədəbiyyat
16:02 / 22.06.2025
Baxış sayı: 4669
Sən niyə burda doğuldun,
bəlkə
Allahdı günahkar.
Bəlkə də atan, anandı
ya elə şahdı günahkar?!
Heç ölmədin acından da,
Çəkinmədin tacından da.
bax e,
dar ağacından da
ucadı şaxdı-günahkar!
Təmiz qara geyərsiniz,
başınızı əyərsiniz,
içinizə deyərsiniz:
“Gör necə!
Safdı günahkar!”