Elşən   Əzim -  O qədər günah eylədim

Ədəbiyyat 20:38 / 18.04.2026 Baxış sayı: 478

O qədər günah eylədim,

Gözümə baxa bilmədim.

Öz yanımda günahkaram,

Üzümə baxa bilmədim.

Suç oldum, sonam, suç oldum.

 

Mən- var olub görünməyən,

Şan- şöhrətə bürünməyən,

Pul dalınca sürünməyən-

Dizimə baxa bilmədim.

Öc oldum, sonam, öc oldum.

 

Kür taleyin qollarında,

Halım uşaq hallarında.

Gözüm sənin yollarında-

Özümə baxa bilmədim.

Qocaldım, sonam, qocaldım...