Əlirza HƏSRƏT - DÜNYANLN ƏN RAHAT YERİ
Ədəbiyyat
20:46 / 18.04.2026
Baxış sayı: 449
Yarı kəniz,yarı şahsan,
Hardan baxsam,qibləgahsan.
Gah "Dilqəmi",gah "Segah"san,
Gah da "Şikəstə",ayrılaq.
Qoy çəkim salavat,yeri,
Yeri sağ-salamat,yeri.
Dünyanın ən rahat yeri-
Gözlərim üstə ayrılaq.
Göz qoydunsa sən quşlara,
Neylər duman,çən quşlara?
Qoşulub köçən quşlara,-
Hey dəstə-dəstə ayrılaq.
...Bir qaraçı açmışdı əl,
Hər əlində bir pul heykəl.
Ürəyindən keçirsə,gəl,-
Gəl,durma qəsdə,ayrılaq