Elnur Uğur Abdiyev - Bu Vətənin hər daşına
jpg-1748945154.jpg)
Bu Vətənin hər daşına səcdə edən,
Zəfərini sabahıma müjdə edən,
Adı Vətən,andı Vətən, qanı Vətən,
Şəhid ruhuna qurbanam!
Bayraq olub ucalır o evlərdə ki
Nidasıdır: "qoy yaşasın Vətən təki!"
Eşqi ölməz,ruhu enməz göylərdəki,
Şəhid ruhuna qurbanam!
Hər baş daşı düşmənimə tuşlanan daş,
Yurd üstündə məğrur dürub qardaş-qardaş!
Zamanın son anınacan ona yoldaş,
Şəhid ruhuna qurbanam!
Elnur Uğur, Vətən eşqi elə uca,
Çətin başqa eşq bu eşqdən uca uça!
Ruhunu göy,bədənini Vətən qucan,
Şəhid ruhuna qurbanam!