Mayisə Əsədulla Əliyeva : - XATIRLATMA

YAZARLAR 10:28 / 07.07.2025 Baxış sayı: 1451

İyulun 9-u (1835-ci il) zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvaninin doğum günüdür. Seyid Əzim Şamaxıda ruhani ailəsində anadan olmuşdur.

Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri Azərbaycan dilində, digəri isə fars dilində iki böyük külliyyatdan ibarətdir. Azərbaycan dilində bədii irsinin əsasını qəzəl janrı təşkil edir. Seyid Əzim Şirvaninin yaradıcılığında "Əkinçi"nin müstəsna rolu var. Bu mətbu orqanın səhifələrində şairin 10-dan çox şeiri işıq üzü görmüşdü.

O, həmçinin Tiflisdə fəaliyyət göstərən “Ziya” və “Kəşkül” qəzetlərinə şeirlər göndərir, bu mətbu orqanların işıqlanmasına və sevilməsinə səbəb olurdu. Bu yazılar onun maarifçilik ideyalarını daha geniş auditoriyaya çatdırmasına imkan verdi.

Azərbaycan xalqının həyatında "Əkinçi"nin böyük rolu olduğunu şeirlərində vurğulayan Şirvaninin nəzərində qəzetin xeyli üstünlükləri vardı. Dünyanın müxtəlif yerlərindən informasiyaları toplayıb oxucuya çatdırması, maarifçilik işi aparması, elm toxumu səpməsi, ana dilinin saflaşması uğrunda aparılan mübarizə Şirvani tərəfindən mətbuatın üstünlüyü hesab edilirdi.

Demək olar ki, dünyada tanınmış dahi şair haqqında çox yazılıb, çox deyilib. Seyid Əzim 20 may 1888-ci ildə Şamaxıda vəfat edib. Allah rəhmət eləsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Seyid Əzim Şirvani Azərbaycan Respublikasında əsərləri Dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Bir 1 nəfər şəkili ola bilər