Zəka Vilayətoğlu - VAR

Ta əzəldən çox sevirəm səni mən,
Ürəyimdə hər gülünun xətri var.
Məhəbbətim indi daha böyükdür,
Çünkii səndə, Torpaq, anam ətri var!
İllər məni çox sınağa çəksə də,
qədim əyib, lap belimi büksə də,
Bulud olub qəm leysanı töksə də.
Ürəyimin məhəbbətdən çətri var!
Sənə sevgim hər daşında gül açar,
"Anam" deyib, körpə kimi dil açar.
Böyüdükcə Yaradana əl açar
Şükr edənin qiyməti var, qədri var!
07.07.2025