Ələsgər ƏLİOĞLU : -GÜNƏŞ NƏĞMƏSİ

Ədəbiyyat 11:00 / 15.07.2025 Baxış sayı: 1327

 

Yaranmısan kainata tac, günəş,

Oyan, oyan, oyan, qızılsaç günəş!..

Qollarını bizə geniş aç günəş,

Çölə-düzə bol məhəbbət gətir gəl.

 

Yer üzündə qan soranlar çoxalıb,

Səbrimiz də yavaş-yavaş yuxalıb...

Sən ki axı səxalısan, səxalı,

Həm haqq-insaf, həm mərhəmət gətir gəl.

 

Bulud alıb başımızın üstünü,

Geyinmişik ölüm donlu tüstünü...

Sərhədlərdən yüz cür təhdid püskürür,

Yurdumuza di güc-qüdrət gətir gəl.

 

Əsrimizin artıb qarğa-quzğunu,

Təlimçisi qurd olubdu quzunun...

Əritməkçün ürəklərin buzunu,

Dünyamıza sən hərarət gətir gəl!..

Ömrümüzə nurlu ömür götür gəl!..

12.07.2025