Əlirza HƏSRƏT - HƏR GÜLÜ SƏNƏ OXŞATDIM...

Ədəbiyyat 13:39 / 14.03.2026 Baxış sayı: 96

 

Hər gülü sənə oxşatdım,

Bağrı qan Lalədən qeyri.

Bilmədim ki nə ad verim,-

Mən sənə əladan qeyri.

 

Sevdasıymış butan Ayın,

O şah Ayın,sultan Ayın.

Gözlərimi tutan Ayın,-

Nəyi var halədın qeyri?

 

Aşıq,vur mizrabı telə,

Ürəyim gəlincə dilə.

Kim ovudar məni belə,

Çəkdiyim nalədən qeyri?!..