Kəramət : - Tənhalığın BÖYÜMƏ ÇOXLUĞU Rabitə Rezonansları

...yıxılmış divarlar, öyrəşdirilmiş doğrular-yalanlar, cins-irq-rəng-milli-dini kimliyin üzərində bərqərar olmaq, fiziki dostluğun-düşmənliyin ayıblığı...SƏSSİZCƏ QIRILMA, qəribə baxışların səni öz arşınlarıyla ölçməsi və uyğunsuzluq, "Bizdən biri deyil" dışlanmağı, hər şeyi gözə alıb məkan-zaman fərqsizliyilə sevgili-dostlarla bir yerdə deyib gülmək, həsbi hal etmək, ÖZÜNÜ BÖLÜŞMƏK ,yapışdırılmış yarlıqların gündəlik tələbat mallarının, meşşan ehtirasların əsirliyindən qurtulub özünlə aparılan mübarizədə AZADLIQ qazanmaq..mübarizələrin ən amansızı-özünlə mübarizə və ən çətin, müqəddəs qələbə
ÖZÜNÜN ÖZ ÜZƏRİNDƏ QAZANDIĞIN QƏLƏBƏDİR...
Dördayaqlı olanda torpağı, ətrafını oxuyur-öyrənirdin..bu sənin ətraf üzərində qələbənin başlanğıcı, böyük məğlubiyyətə aparan tiranlığın "Hər şey mənimdir" doymaz acgözlüyün fəci sonuydu həmdə, sonra bir az dikəldin-donqar kimi yeridin, daşlar qayalar oldu kitabın -yazın, sonra oturub başını iki əllərin arasına alıb düşündün və düşüncədən doğuldu..dizinin üstündəydi qaya rəsmləri, daş kitabələr, dəftər-qələm, yazı makinası, bilgisayar, telefon, DİZİNİN ÜSTÜNDƏDİR İNDİ KOSMOS....PIÇILADADIN;
MƏNİM KÖNLÜM MÜƏLLİMDİR, DİZİM ÜSTÜ DƏBİSTANIM
OL ŞAGİRDƏM Kİ, ÖYRƏNDİM SÜKUT İLƏ ƏLİFBANI
(Həsənoğlu)
və..və.....və rahatladın...öygü-söygü, atılan daş-çiçək gülümsəyişinə dəyib töküldü tarixin buzlu-tozlu baxışlarının ayaqları altına....
o qədər çoxalmısan ki, duyğu dalğaları-rezonansları əhatəsində "salam" verməyə də macalın yoxdur...
"MƏN SƏNİ SEVMƏKLƏ MƏŞĞULAM" ikiayaqlıdan qurtulub ADAM ola bilən ADAM ..özünə dönəndə böyüyür insan...çünki ÖZ elə ətrafın -təbiətin Özüydü...ölümsüzdü