Aləmzər Sadıqqızı - Məni könlündə gizlə...
Tanrım, mənə işıq ol,
Boya məni nuruna.
sənə güvənim gedim,
Gələcəyə, yarına...
Hey ömrümü ağladım,
Yaşamadım sağ kimi...
Bəlkə məndən incidin?
Oldum sənə ağ kimi
Bir az mənə ömür ver,
Bir az da halal çörək.
Sən necə istəyirsən,
Elə yaşayım gərək.
Bas Aləmi bağrına,
Bir az Tanrım, əzizlə...
Görsən dərd qoşun çəkir,
Məni könlündə gizlə!
4.3.2025.