Ayaz Arabaçı : - İyulun payız günləri..

İyulun payız günləri..
Tək iyulunmu?..
İyun da belə keçdi. O gün dostlardan biri havadan gileylənib, belə də yaymı olar deyəndə hamı yer-yerdən səsləndi:
-Dəymə,belə yaxşıdır,sənə cəhənnəm istiləri lazımdırmı?
İyulun 8-i…
Mənə elə gəlir ki təqvim ilahi bir zarafatla sentyabrın ortalarına sürüşüb.
Səhər-səhər pəncərəmin şüşəsinə çırpılan lirik damcılar ruhumu oyadıb.
Hava nə isti, nə soyuq.Yadıma bir lətifə düşür:
Bir nəfərdən soruşurlar-atan yaxşıdı, anan?
Deyir:
Nə o,nə o!
Qəribə bir aralıqdı..
Sanki yay artıq əldən düşüb, son nəfəsini verir. Amma ağaclar hələ sarılıq xəstəliyinə tutulmayıb.
Pəncərəni açmışam, stulumu da qoymuşam pəncərənin qabağına.
Bu iyul səhərində pəncərənin qabağında oturub payıza sığınmışam.
Əslində yayın həmişəlik gedənlərindən,baharın heç doğrulmayan ümidlərindən payız yaxşıdır.
Qarşımdakı pürrəngi çayın qoxusu, uşaqlığımdan qalma yuxuları xatırladır.
Payız nəfəsli bu iyul səhəri, yavaş-yavaş ruhumun köhnə qovluqlarını açır.
Xatırlanası, yazılası o qədər çox şey var ki!
Tanıya biləcəyin