Şəfa Vəl : - Üşüdük nə oldu?

Ədəbiyyat 10:35 / 07.07.2025 Baxış sayı: 1191

***

Üşüdük nə oldu?

Gəldimi gödəkçə-sevgili qoxan?

Ağladıq, üzüldük, iki büküldük,

Sıraya düzüldük eşq qabağında...

Qaldırıb qoymadı bizi başına

Sevgi dastanları qızıl tac kimi...

Baxmadıq yaş gedir, qocalırıq ta,

Düşdük "bəxt" dalınca yalavac kimi...

Bir onda gördük ki, otuza çatdıq,

Bir onu gördük ki, otuz beşdəyik...

Ümidi balınca doldurub, yatdıq,

Bilmədik, ömürdən düşhadüşdəyik...

... Yenə yağış gəlir...

Topa buludlar

İrişir, sırtılır şimşək şəklində...

Elin qınağından, yadın dilindən,

Doğmanın əlindən düşməyək deyə,

Çox oldu "söz yedik" şirni yerinə...

... Üşüdük nə oldu? Yağış kəsdimi?

Kimsə çətirini bizə qıydımı?

Eh...

Qalsın qoy adımız elin dilində,

Gəl gedək, yağışın gözündən düşək...

i (2023)