Bəhruz Niftəliyev - O tər-təmiz baxışın da gözəldi...

O tər-təmiz baxışın da gözəldi,
Sevgi dolu yağışın da gözəldi.
Daş-qayana pənc olan,
Xal-xalçaya tən olan
naxışın da gözəldi!
Çayların boyunbağı
Axışı da gözəldi
Bilirsənmi sevgili,
Yaşamaq da , ölmək də ağuşunda gözəldi!
06.07.2025
16:22
Ağdərə