Əlizadə Nuri : - Dünya boyda imarəti neynirəm?..

O söz məni ovsunlamaz, ay adam,
Nə məcazı, nə ecazı yoxdusa.
Bir hecası əsir idi Vətənin-
Vətən olmur bir hecası yoxdusa.
Əl tutmuşduq, oynayırdıq ələmnən,
Bir ləl tapıb böldüm onu lələmnən.
...O, özünü bir gün vurdu qələmnən-
Neynəyəydi tapançası yoxdusa?
Dağdan ağır bu minnəti neynirəm?
Sədəqətək sədaqəti neynirəm?
Dünya boyda imarəti neynirəm-
Sənə baxan bir bacası yoxdusa?!