Fərhad Tapdıqoğlu - Dostların görüşü

YAZARLAR 10:15 / 15.04.2026 Baxış sayı: 170

 

(novella)

Dar-vin yumşaq divanda uzanıb,televizorun düyməsini basdı.Müğənni oxuyurdu:

"İkimiz bir köynəkdə,

Yaxası dar olaydı.. "

Kanalı dəyişdi.Bu kanalda isə "Dar-tanyan və üç müşketyor " filmi nümayiş olunurdu.Son kadrlar idi.Ardınca Janna Dar-k - Fransa qəhrəmanı haqqında veriliş başladı.

Dar-vin kişi televizoru söndürüb,arvadı Dar-çını sıslədi:

-Ay arvad,neynirsən orda?

Arvadı Dar-çın:

- A kişi,noolub, saçımı dar-ayıram- dedi.Gəlirəm.

Dar-vin kişi gülə- gülə:

-Ay Dar-a,saçını dar-a ,qurtar gəl bura - dedi.

...Dar-vin kişi arvadı Dar-çına gəncliyindən hərdən Dar-a deyirdi.Qırx ilə yaxın idi ki,evli idilər.İki övladları : bir oğul,bir qızları vardı,dörd nəvələri.Övladları ayrı yaşayırdılar, ev- eşikli idilər.Təbii ki,dar-a düşəndə,yenə valideynlərinə üz tuturdular.

Təzə ailə quranda Dar-vinlə Dar-çın(Dar-a) uzun illər dar-ısqal mənzildə yaşamışdılar.Dar-vin kişi o zamanlar adətən Qaz-24 avtomaşınına qoyulan bir "Şlyalis" markalı ağ- qara təsvirli kiçicik televizordan birini çətinliklə əldə edib,mətbəxdə quraşdırmışdı. Həyat yoldaşı Dar-çın xörək bişirərkən,televizora da baxırdı .İndi həmin televizoru xatirə kimi saxlayırdılar.

... Dar-vin texniki -peşə məktəbini bitirib, zavodların birində pardaxlama dəzgahında operator işləyən zamanlar ,zavodda Vəfa-dar adında bir qaynaqçı ,onunla danışıb,yanına qaynaqçı şagirdi götürdü:

- Qaynaqçı ömürlük sənətdir- dedi.Peşman olmazsan.

Dar-vin həmin o ustasını daim xatırlayır. Amma təəssüf edirdi ki,30 il öncə ailə vəziyyətinə görə rayona köçən ustasının ünvanını bilmir.Çünki,Vəfa-dar işdən öz ərizəsi ilə çıxıb ,rayona gedən vaxtı Dar-vin arvadı Dar-çınla müəssisədən verilən 24 günlük göndərişlə( putyovka) Moskva ətrafı rayonların birində,sanatoriyada istirahət edirdilər...

... Dar-vinin düzəltdiyi dar-vazalar adla deyilirdi.Dar-tma tavan düzəltməyi də son zamanlar öyrənmişdi.Dar-vinin dar düşüncəli adamlardan xoşu gəlmirdi.Dünyagörüşlü insan idi.Dar-vinin babası Bakı Dar-ülfünunu( indiki Bakı Dövlət Universiteti) bitirmişdi.Dar-vin ali təhsil almasa da az- çox savadlı idi. Tarixi də,coğragiyanı da babat bilirdi.Hərdən Dar-aya( Dar-çına) İran hökmdarı Dar-adan danışırdı:o dövrdə dar ağacından asma ən ağır cəzalardan biri idi.Dar-danel boğazından tutmuş,bütün boğaz ,körfəz,çay ,göllər haqqında məlumatlı idi Dar-vin kişi.

İndi Dar-vin kişi təqaüddə idi. İşlədiyi illərdə əmanət kitabçası açdırıb,ora dar gün üçün bir az pul da qoymuşdu.( O pulların da 1992- ci ilə qədər olan məbləğı kiçik bir faizlə əmanətçilərə qaytarıldı).

Orta məktəb şagirdi olan olan nəvəsi Elgün çox zaman onlarla birlikdə qalırdı.

... Dar-çın arvad saçını dar-ayıb, Dar-vinin yanına gəldi:

-A kişi eşidirəm- dedi.

Dar-vin kişi:

- Yadıma xalq arasında geniş yayılan bir lətifə düşdü: "O zaman SSRİ- nin başçısı olan Xruşşov haqqında çaşdırıcı suallar verirdilər: "kim deyər Xruşşov saçını dar-ayandan sonra tel dar-ağını hansı cibinə qoyur?"

Xruşşov isə daz idi...

Sənə aidiyyatı yoxdu ee,arvad.Maşalah sənin saçlarına noolub, sözgəlışı dedim.

Gənclik işlərində zarafatla bir - birimizə sual verərdik: "Sənin havan nədir?"

Cavabımız belə olardı:

"Gamış bağa girdi" Yaxud deyərdik :" Dar-tma ,yaxam cırıldı"...

Ay arvad, deyirəm sabah nəvəmiz Elgünü də çağıraq, birlikdə şimal- qərb rayonlarının birinə bir- iki günlüyə istirahətə gedək.Nə deyirsən arvad?- dedi.

Dar-çın arvad:

- Bəs demişdin, Sizi Culfanın yaxınlığındakı ,"Dar-ı dağa" aparacam- dedi.

Dar-vin kişi:

-Arvad ora da bir aydan sonra gedərik.Dar macalda söz verməyim hardan yadına düşdü? - dedi.Yaxşı bir dar-çınlı çay dəmlə Dar-çın.

Dar-çın arvad mətbəxə keçdi.. Qızıynan mobil telefonla danışmağa başladı.Qızı həyət evində qalırdı.Anasına toyuqlar üçün dar-ı aldığını deyirdi,məsləhət alırdı . Bir neçə dəqiqədən sonra Dar-vin yenidən onu səslədi:

- Ay Dar-a,nooldu sənin çayın ?

Dar-çın arvad:

-- Dar qursaqlıq,dar hövsəlilik səndə gün- gündən artır .Dəm alsın ,gətirirəm də..

Bu kişinin bu yaşda maşallah qulağı da dar-ı dəlir.

-Tez gətir,nədənsə darıxdım.

Dar-çınlı çay gəldi.Ər- arvad çayladlar...

...Səhər tezdən Dar-vin kişi "O99 Jiqulisini " işə salıb,üçlükdə istirahətə yola düşdülər.

Maşını saxlayıb,dar yollarla meşəyə tərəf qarxdılar. laləli, sarıçiçəkli bir talada yəhərli,yüyənli bir at otlayırdı. Bir atı isə hörükləmişdilər.

Dar-vin kişi dəblə geyinən ,dar balağı olan,dar şalvarlı nəvəsi Elgünü atın üstündəki əşyalarla,ləvazimatlarla tanış edirdi:

- Bax bu yəhərdi, bu üzəngi,bu noxta, bu cilov,bu quşqun...

Deyirlər:" quşqunu boş adamdır,yəni tez yumşalan,asan təsir altına düşən adam."

Yaxud deyirlər ki," filankəsi cilovladılar, yəni evləndirdilər".

Belə bir cümlə də işlədirlər:" filankəsin yüyənin dar-tmaq lazımdır ki,dayansın".

Sonra Dar-vin baba, nəvəsinə hörükdə olan atı göstərdi:

- Bax görürsən kəndir atın burnunun üstündən keçirilib,yəni buruntax olunub.Buruntax olunan heyvanın ipini dar-tanda burnu sıxılır,nəfəsi kəsildiyindən dayanır...

Bax belə.Elgün ," alasan- küləsən" - nədir ,bilirsən?Boş- boşuna gəzən ,hamının buyruğuna gedən adam - deməkdir.İnanıram ki,sən həmişə bizim başımızı uca eləyəcəksən.Bilirsən də,səhv hərəkət edəndə ,həmin adamın "ipini dar-tmağı" bacarıram..

... Bu zaman atın yanına bir nəfər yaxınlaşdı. Baxışlar

toqquşdu,bir- birlərini başdan ayağa süzdülər..

Vəfa-dar idi.Dar-vinə qaynaqçılığı öyrədən Vəfa-dar kişi...Qucaqlaşma...görüşmə...

O zaman ailə vəziyyətinə görə kəndə köçən ,artıq yaşa dolmuş, amma hələ də qıvraq olan Vəfa-dar kişi ,Dar-vingili evinə apardı.

Çətin ,dar günün və əlbəttə unudulmaz günün dostları sanki yenidən gəncləşdilər...