Elnur Uğur - Əlin azadlığı nə işə yarar
Ədəbiyyat
09:10 / 15.04.2026
Baxış sayı: 227
Əlin azadlığı nə işə yarar,
Əgər açılmazsa ağlın qandalı?
Ömründə bir dəfə gül becərməyən,
Elə gül sanacaq görcək qanqalı.
Toplar atəşindən göylər su saldı,
Baxışlar susaldı, əllər susaldı.
Sevginin boyunu hər gün qısaldır,
Hər tamah barbarı, tamah vandalı.
Dualar can verir qarğışın altda,
Ruhum sanki çökür qurğuşun altda.
Vədəsiz ölümlər yağışı altda,
Zorla alovlanır ömrün tonqalı.