Şakir Xanhüseyn - YAMAQ
Ədəbiyyat
09:49 / 15.04.2026
Baxış sayı: 190
Yamaq, bəzən ən təzədə...
Yamaq...ürəyimin süzük yerlərini necə yamayım?
Yamaq--yamaq bir şeir...
Dünyaya gəldin hər yırtığa yamaq olasan?
Yamağı uzaqdan seçilir...
Sən pisliyi yaxşılığa yamaq edə bilməzsən, xamuş ol.
Yamaqlar var; insanlığa yamaqlar...
Yamaq...süni, qurama--qondarma görünür.
İstəyir ki, yalanlarına doğrudan yamaq vursun.
Yamaq...başqasından götürüb özününkünə yamayır...
Bax, yamaq olmaqdan qaç...