Ələsgər ƏIİOĞLU  - ETİRAF NOTLARI

Ədəbiyyat 10:12 / 16.01.2026 Baxış sayı: 2702

 

 

O eşqin yolunu yadırğamaram,

Arxanca tənəli söz yağdırmaram...

Nə qədər olsa da yenə yarağam,

Sənin ünvanına, sənin adına.

Fürsəti əlimdən buraxmağımla,

Bahar yarpaq-yarpaq köçüb bağımdan...

Sənə toxunmayıb bir barmağım da,

Ölümdən betərdir ləkə

qadına...

Qolundan tutanla get yanaşı gəz,

Daha ümidimin kəndirini kəs...

Oduna alışıb yandığın o kəs,

Kaş ömürlük yansın sənin oduna.

Ağlımın səsini dinləməliyəm,

Arxanca xoşbəxtlik diləməliyəm.

İstəyimi daşa dirəməliyəm,

Bir daha salmasın səni yadına...

1978