Aləmzər Sadiqqızı - Gəlirmi...

Göz yaşımla şeir yazım ..
Görüm başıma gəlirmi...
Gülməyə nə var ki, Tanrım,
Ölüm boşuna gəlirmi?
Yaz alnıma təzə sətir,
Göz yaşımdan çiçək bitir,
Nolar məni yerdən götür,
Bilim işinə gəlirmi?
Bir sənsən bir də dörd divar,
Sən istə, ölməyə nə var ...
Ağladım doydum o ki, var,
Gülüm xoşuna gəlirmi?
26.7.2025.