Aləmzər Sadıqqızı - Bir yerdə ölək ...
Hər tərəfdə xatirən var,
Evim -esiyim alışır
Hər şey mənimlə susur,
Hər nə var mənlə danışır...
Ötür günlər, aylar sənsiz,
Göydə Ayım darıxır...
Adına bişən yemək də ,
Qazanda payın darıxır...
Necə çıxıb getmişənsə,
Unutmusan qayıtmağı...
Bircə saatlığa dön gəl,
Öyrət mənə unutmağı...
Sənsiz yağan yağışları ,
Əsən küləkləri neynim...
Sənsiz tutulan hava tək,
Mənim də açılmır eynim...
Bu gün sənin ölən, günün
Ruhunla gəl, deyib-gülək...
Mən indi ölürəm sənsiz
Qayıt gəl...bir yerdə ölək
15.1.2025.