Ağaevli Əli Hacı -Ölüm daş üstdə oturub...
Ədəbiyyat
09:24 / 16.01.2026
Baxış sayı: 2013
Ölüm daş üstdə oturub,
Ölüm başımın üstədir !
Verdim sinəmi qabağa,
Qəm sevinci üstələdi !
Xeyir,qan adamı yolda,
Qırdı qanadımı yol da !
Gördüm qan damır yoldan,
Qış qoynunda istilədim !
Dünyanı bir üz yaşadım,
Sözü dedim,köz yaşadı !
Gecəmi gündüz yaşadım,
Günü gecə bəstələdim !