Adil Şirin : - YOLLAR AYRICINDA

Ədəbiyyat 13:45 / 15.02.2025 Baxış sayı: 1093

 

 

Dedim gedəcəyəm...

Qayıtdım yenə,

İlahi, bir sənsən əlacım indi.

Uyuyan könlümü qanatdım yenə,

Kimə dua edim, sirr açım indi.

 

Arzumu könlümdə dəfn eləyərəm,

İçimdə boğulan səsə dönərsən.

Bir gün ürəyində qəm çiçəkləyər,

Dünyada bir qərib kəsə dönərsən.

 

Çırpınar ürəyin yaralı quş tək,

Özünü, könlünü sən ovut bir az.

Daha həsrətinə dözməyir ürək,

Belə sevda olmaz, məhəbbət olmaz.

 

Yollar ayrıcında çaşıb qalmışam,

Sınama şübhəynən, dözümnən məni.

Bəlkə də sən elə mənim özümsən,

Necə ayırırsan özümnən məni...