Əşrəf Veysəlli - GƏLİR

Ədəbiyyat 09:11 / 13.03.2026 Baxış sayı: 240

 

Elə ki səsimə səs verən olmur,

Nə harayım gəlir, nə səsim gəlir.

Ürək soyudumu onun dadına

Nə mizrab yetişir, nə də sim gəlir.

 

Üzümə bağlansa açıq qapılar,

Əlimdən yapışan bir əl tapılar.

Eyvanda atlanıb ayaqqablar,

Ay Allah ,görəsən bizə kim gəlir.

 

Xəyalım dolanır ümmanlar üstə,

Ürəyim köklənir tufanlar üstə.

Bir quş yuva qurur tikanlar üstə,

Mənim bu yaşımda həvəsim gəlir.

 

Ömür dedikləri keçıb gedəndir,

Saçımda dəndirsə, gözümdə çəndir.

Köksümdə döyünən ürək Vətəndir,

Hələ nə qədər ki həvəsim gəlir.