Faiq Balabəyli - MƏN SƏNSİZ DƏ YAŞAYARAM
Ədəbiyyat
20:33 / 12.03.2026
Baxış sayı: 148
Mən sənsiz də yaşaram
uf demədən, bezmədən
yorulmadan, əzizim,
Zirvələri aşaram
nə dağlar məni saxlar
nə də ki, bil, dənizim.
Sənə yetişmək üçün
başqa bir ömür seçib
tənha yaşamaq olar,
Sənsizliyi yük edib
qəlbdə daşımaq olar...
Xatirələrə qızılıb
bükülüb fağır kimi
keçmişdə qalanları
ot basmış cığır kimi
dörd yana göz gəzdirib
xəlvət daşımaq olar.
Sənsiz ağır olsa da
bu cür yaşamaq olar...