Ramiz Qusarçaylı - Qaldır məni şah düzünə...
Ədəbiyyat
21:42 / 12.03.2026
Baxış sayı: 114
Nəyim var ki, hesab çəkək,
Üçüm yoxdu, beşim yoxdu.
Bir gülləyə yol gedirəm,-
Deməsinlər döşün yoxdu…
Dərdəm, o da daş əllərdə,
Dağ hüznü var su dillərdə,
Söz havası ölən yerdə
Ürək qəbri nöşün yoxdu?!
Cığırlar düşər izimə,
Yoxuşlar enər dizimə,
Qaldır məni Şah düzünə
Sonrasıyla işin yoxdu…