Kəramət - Bağışla, İzmirə gələ bilmədim...
Ədəbiyyat
09:33 / 13.03.2026
Baxış sayı: 177
Bağışla, İzmirə gələ bilmədim,
Göy-gölə getdim.
Xatirə sərxoşu oldum,
sonra heç özümə gələ bilmədim.
Gül, gülə bildiyin qədər,
gülməli halıma.
Bəlkə İstisuya getdim, Masallıya
Vaxtın olsa, gələrsən
bu günlər həyat zənci saçı -
qarışıq, hava udunca hamı sərxoş
ömür keçdi,
Doyunca ağlaya-gülə bilmədim,
Bağışla, İzmirə gələ bilmədim.
2022.