Adil Şirin : - O ürək ki, səndə var

Torpaq cadar-cadardı,
Sünbülündə dən olmaz.
Duman dağı bürüyər,
Hər dumanda çən olmaz.
Axar çaylar qurudu,
Dəyirman dəni üyütməz.
Gül üzlümü səslərəm,
Səsim o yara yetməz...
Xatirələr yol gələr,
İllər geri qayıtmaz.
Yüz-yüz gözəl yığışa
Ürəyimi ovutmaz.
Məhbəs məzar kimidi,
Yatağım, yastığım daş-
Məni kimsə oyatmaz.
Nə bacım, nə qardaşım,
Nə dostum, nə sirdaşım
Çatmaz, dadıma çatmaz.
Ölsəm, qalsam fərqi yox,
Bu ürək ki, məndə var,
Səni, səni unutmaz.
O ürək ki, səndə var
Məni, məni unutmaz.