25  nəfəri  ildırım vurub - PAKİSTANDA

DÜNYA 19:21 / 14.04.2024 Baxış sayı: 3092

Pakistanın Bəlucistan, Pəncab və Sind əyalətlərində güclü yağış zamanı ildırım çaxıb.

Yerli  mətbuat  xəbər verir ki, təbii fəlakət nəticəsində azı 25 nəfər həlak olub.

Həlak olanların əksəriyyətinin kənd təsərrüfatı işçiləri olduğu bildirilib.

Bundan başqa, ildırım vurması nəticəsində çoxlu sayda insan yaralanaraq xəstəxanalara aparılıb, bəzi evlərə ziyan dəyib. Pakistan Meteorologiya İdarəsi yağışların davam edəcəyini açıqlayıb və əhaliyə xüsusilə qapalı yerlərdə qalmaları barədə xəbərdarlıq edib.