Yadigar Təvəkgul : - Yenə pərən düşdü sənli xəyallar
Ədəbiyyat
11:00 / 19.08.2026
Baxış sayı: 318
Yenə pərən düşdü sənli xəyallar
Dağılıb əlimdən töküldü yerə
İçimdə dəfn etdim xatirələri
Süzülüb gözümdən büküldü yerə
Yerdən göyə çatdı ah naləm mənim
Gəl dedim səsimə gəlmədin niyə
Duydu fəryadımı el aləm mənim
Mənim həsrətimi görmədin niyə
Ulduzlar sırayla boyladi baxdı ,
Bürüdü göyləri eşqin tilsimi
Ay da bədrləndi göyləri yaxdı
Bir sən eşitmədim mənim səsimi
Qayıt omrum günüm qayit geriye
Gəl qalan omrumu yerbəyer eylə
Sızlayan könlümü ovutmaq üçün
Elə bircə kəlmə sevirəm soylə