Ələddin Əzimli - SƏN, MƏN VƏ DÜNYA
Məni
səhərlər kim oyadacaq yuxudan,
həzin-həzin səslənməsən?!
Mürgülü baxışlarıyla
kim oxşayacaq səni
kövrək-kövrək dillənməsəm?!
Qaranlıqlar
bürüyəndə ev-eşiyi,
çöl-bayırı,
kim aydınladacaq
içimi-çölümü
səndən,
nurlu baxışlarından başqa?!
Kim
arxa-dayacaq olacaq sənə
məndən,
ürəyimin həyacanlı çırpınrısından,
hay-harayından başqa?!
Kim
çıxaracaq səni ağrıdan, dərddən,
baş gicəllərdən qovğadan,
xoşagəlməz söz-söhbətdən
İlahi hikmətdən, nurdan başqa.
Sənsiz, mənsiz
unutma,
bu sadə həqiqətı
qapısız, pəncərəsiz
Sirdir, sehrdir bu dünya.
Sənsiz, mənsiz
bu yolda
Kimə lazımdır bu sevda,
şirin bir nağıl,
dadlı bir röyadır bu dünya?!
18 .08. 2026