Şövkər Zərin Horivlu - Dümyanın daş oyunu

Ədəbiyyat 10:45 / 19.08.2026 Baxış sayı: 285

 

Tez-tez daşdan yazılan şeirlərə rast gəlirəm.

 

Lap məətdəl qalmışam

daşların dözümünə,

Hey çırpırıq daşların

astarına -üzünə.

Daşı daş üstə qoyub

hasarlar ucaldırıq,

Gah sərib ayaq altda

tapdayıb , alçaldırıq.

Bir də görqrsən nadan

bostanına daş atır,

Hərdən havmar yolunun

daş gəlib üstdə yatır.

Başımıza daş dəyir

özümüzə gəlmirik,

Başımıza döydükcə

biz daşa öyrəşirik.

Azıxdakı tarıxim

min ildir daşa dömüb,

Şuşa dağlarında daş

gözümdə yaşa dpnüb.

Unutmuşam hər nə var

daşa dönmüşəm, qardaş,

Dözə -gördüm ki ,

daş olub mənı yaddaş.

Yollarda hey döymüşük

O məni, mən də onu,

Görən niyə qurtarmır

Dünyanın daş oyunu?