Yadigar Təvəkgul  - Mən sənə demişdim ...

Ədəbiyyat 09:55 / 04.03.2026 Baxış sayı: 103

 

Mən sənə demişdim öyrəşmə mənə,

Dünyanın hər türlü qisməti olur.

Bir gün ayrılırıq küsüb gedərəm,

Sevginin nə boyda həsrəti olur.

 

Axı mən demişdim sevmə bu qızı,

Bağlanma bu qədər dözməz ürəyin.

Nazını çəkməyə yetişməz gücün,

Düşərsən oduna zalım fələyin

 

Məcnun tək qalarsan yurdsuz yuvasız,

Arzu istəyini çilikləyərsən.

İnadın dilində sükuta dönər,

Hicran yollarında iməkləyərsən.

Mən sənə demişdim sevmə sən məni,

Yaşaya bilmərsən eşq yuvasında.

Darıxmaq adında dərdə düşərsən,

Qalarsan yer ilə göy arasında .