Xəyalə Sevil -  Nəyim varıydı ki, guya?!

Ədəbiyyat 09:35 / 21.04.2026 Baxış sayı: 356

Nəyim varıydı ki, guya?!

Gecəm vardı, yuxum yoxdu.

Mənim səni unutmağa

Sehirli çubuğum yoxdu.

 

Ürəyimdə nələr çəkdim

Ürəyimdən atmaq üçün.

Ayrılıq münbit torpaqmış

Həsrəti çoxaltmaq üçün.

 

Ərimişəm, sel olmuşam-

Gözlərində dağ qalmışam...

Mən sənsiz ölə bilərdim,

Şükür, yenə sağ qalmışam.