Şeirlə ört üstümü- Arzu Kazımqızı Nehrəmli
Ədəbiyyat
20:34 / 20.04.2026
Baxış sayı: 794
İçimi sarıb ahım,
Qəhərdimi, tüstümü.
Üşüyürəm Allahım,
Şeirlə ört üstümü.
Nə evəm, nə eşiyəm.
Ayrılıq günəşiyəm,
Qəmə ilk, sonbeşiyəm.
Dərd dağıdır köksümü
Viranam göy üzündə,
Gecədir gündüzümdə,
Tapmazsız mən dözümdə,
Ucaldın eeey, büstümü.