Saqif  Qaratorpaq - Bir də haçan gələrəm bu dənizə,İlahi!

Ədəbiyyat 12:13 / 21.04.2026 Baxış sayı: 125

 

Bir də haçan gələrəm bu dənizə,İlahi!

Çox heyif,hər sahilə bir də qayıtmaq olmur.

Yaş ötdukcə toz basır duyğuların üstünü,

Mürgüləyən sevdanı bir də oyatmaq olmur.

 

Daha gizlənmək olmur bir nəğmənin içində,

Sirrimi pərdə-pərdə səhərə pıçıldayır.

Sinəmdə gəzdirirəm dalğaların səsini,

Ürəyimin başında ləpələr xırçıldayır...

 

Gözümə köçürmüşəm qürubun sarısını,

Bəlkə bir gün göründüm dan yerində,qəm yemə.

Bir ömrün yamacında çiçək kimi solaram̵,

̵Göyərərəm bir eşqin əllərində̵̵,qəm yemə.

 

Kimsə qalası deyil bu sahilin yadında,

Sular yuyub aparan bir köhnə izəm,heyif...

Könlünün ağrısından duzu gözünə çıxan

Öz içində çırpınan tənha dənizəm, heyif...

16.09.2024.