Xatirə  Rəhimbəyli - Ölü dənizəm indi

Ədəbiyyat 14:00 / 16.08.2026 Baxış sayı: 475

 

Quruyub göz yaşlarım,

Duzam başdan-ayağa...

Azrularım göyərib

Ümidlərim bitmədi,

Gərək bu demyə qəlbi

Qazam başdan-ayağa

Heç zaman əyilmədim,

Bütün istəklərimi

Ayaqdan başa gəzdim,

Tapmadım ...

Indi gərək

Gəzim başdan-ayağa.

Zülmə asi olmadım,

Bu səbrim yıxdı məni...

Ah,ömrümü puç etdi

Dözüm başdan-ayağa...

İndi bir od parçası,

Bir az vulkan kimiyəm.

Bir az inqilab kimi,

Bir az üsyan kimiyəm,

Bir azca meh kimiyəm,

Alovlanıb yanmağa

Közəm başdan-ayağa