Ağaevli Əli Hacı - Sən də gülüm, qaç uzaq

Ədəbiyyat 16:30 / 15.08.2026 Baxış sayı: 609

Sən də gülüm, qaç uzaq

Ocağımda kədər,qəm !

Sən durubsan yanımda,

Sənə görə ölmürəm !

 

Üzüm üz götürmədi,

Yuyundum söz içində !

Ürəyim hər gün yanır,

Sən də bu köz içində !

 

Bağla başın yaylığın,

Ahım əsir külək tək !

Baxışıma qış düşüb,

Yaza çıxmaq-boş istək !

 

Nə göyə var ümüdüm,

Nə yerdə yolum hamar !

Daha ömür çat verib,

Qırılır damar-damar !

 

İtirib hər gün məni,

Tapdın göz yaşlarında !

Sənə də gizlətmişəm,

Yaşım-sözün yaşında !

 

Sən də gülüm, qaç uzaq

Ocağımda kədər,qəm !

Sən durubsan yanımda,

Sənə görə ölmürəm !