Şövkət Zərin Horovlu  -Qov , çıxım gedim

Ədəbiyyat 09:31 / 16.08.2026 Baxış sayı: 179

 

Əlimi dünyadan üzüb gedəcəm,

İstəyimi mənə vermədi dünya.

Gələndə eşqinə bel bağlamışdım,

Hamı kimi məni sevmədi dünya.

Haqqa yol istədim dolaşıq verdi,

Qılıncmı qırıq, meydanımı dar.

Dabandan soyulub,dildən asıldım,

Bilmədi ,“cahana sığmayan”da var.

Gözümu yumuram,fikrim qarışır,

Dünya nə sənindir, nə də ki,mənim.

Sevmədin,qov məni,qov,çıxım gedim,

Gedib cəhənnəmdə bir az dincəlim.

 

Bəlkə də cəhənnəm ,cənnət yerimdi,

Yanmaqdan qorxmuram od təməlimdi.

Ruhum göylərindir,sevgim Tanrının,

Sevgimə qovuşub səni tərk edim.

Mən belə dünyayla necə barışım,

Gerçəyimi çıxdı yalan yerinə?

Biganələr kimi qıraqdan baxdı ,

Duyğumun,təbimin talan yerinə.