XATİRƏ  RƏHİMBƏYLİ - İlahi,hüzurunda yenə açıldı əlim

Ədəbiyyat 11:22 / 12.08.2026 Baxış sayı: 296

İlahi,hüzurunda yenə açıldı əlim,

Bəlayi-eşq ucundan yenə pozuldu andım.

Bilirəm,günahkaram,yenə keç günahimdan,

Sən varkən yenə gedib bir daş bütə tapındım...

 

İlahi,sənsiz olmaz bu dünyanın işləri,

Bu aciz harayımı kaş əzəldən duyaydın.

O daş bütün içində,nolardı ürək olsa,

Ya mən də daş olaydım,ya o, insan olaydı...

 

İlahi,hər gün ölür,hər gün yenə dirilir,

Mənim duyğularımın kəpənək qanadları.

İlahi,boş-boşuna soldu getdi bu tarix,

Ah,məni oxumağa çatmadı savadları

Tanrı,bu daş bütlərin,bu duyğusuz bütlərin...

 

Tanrım,keç günahimdam,səni sevmək var ikən,

Tapındəm daş bütlərə,yandım daş ürəklərə..