Xatirə Rəhimbəyli - Həyat elə gedib-gəlib
Həyat elə gedib-gəlib
Ürəyinə toxunur.
Sənə yazılan nəğmələr
Özgələrə oxunur...
Sən necə bəxtdən -taledən
Belə küsüb yaşadın?
Bu qədər intizara
Necə dözüb yaşadın?!
Həmişə buludda qalan
Günəş üzün nəm çəkib.
Sevincə yaraşan qəlbinə
Hansı insafsız qəm çəkib?
Qoyma qəlbinə dəysin,
Sənin bir telin çəkisi
yükü çəkə bilməyən.
İçindəki həsəd adlı
İpi çəkə bilməyən...
Sən dərdini unut,canım,
Dəyərini unutma!
Ucalardan-uca könül,
Özünü ucuz tutma.