Xatirə Rəhimbəyli - Hər kəs üz tutduğu mənzilə varmır...

Ədəbiyyat 09:36 / 07.03.2026 Baxış sayı: 205

Hər kəs üz tutduğu mənzilə varmır...

Ayrılıq taledən qəti qərardır.

Bilirəm,səni də yollar aparmır,

Sən ay gedə-gedə getməyənim,gəl....

 

Bir azca yalansan...düzgün bir azca,

Qoyma ürəyimi üzgün bir azca.

Hər gün bir az-bir az,hər gün bir azca

Ölürəm...əlimdən tutmayanım,gəl...

 

Edilədim elə..dedim ağılar--

Bu eşq sona varsa ,dünya dağılar...

Qorxdu,rəhmə gəldi yadlar,yağılar,

Bircə yol dadıma yetməyənim,gəl.

 

Dünyada hər yolun yatımın bilən,

Ölçüsün,biçisin ,tutumun bilən.

Bütün duyğuların adını bilən

Və adım könlünə yatmayanım...