Əlizadə Nuri - Məzar üstə gül kimisən...
Ədəbiyyat
09:28 / 07.03.2026
Baxış sayı: 214
Sən necə bir dərdsən axı?-
Ağlaya bilmirəm səni.
Yer üzünü saxlamışam
Saxlaya bilmirəm səni.
İşıqsan- tavanımdasan,
Hər sözümün canındasan.
Yoxsa tanrı yanındasan
Yoxlaya bilmirəm səni?!
Süsənsən, sünbül kimisən,
Pəncərəmdə tül kimisən.
...Məzar üstə gül kimisən-
Qoxlaya bilmirəm səni...