Əlirza HƏSRƏT  - ÖLÜM,BAĞLANSIN BAZARIN

Ədəbiyyat 12:00 / 05.05.2026 Baxış sayı: 172

 

Ölüm,bağlansın bazarın,

Bura düşməsin güzarın.

Baş əydiyim bu məzarın,-

Üzümdə nəfəsinə bax.

 

Şöləsi çatmır şamların,

Dərdi çoxdur axşamların.

Bu bəxtəvər adamların,

Ölməyə həvəsinə bax

 

...Ölüm,varmı anan,atan.,

Torpağa üz qoyub yatan?..

Göz yaşından ocaq çatan,-

Ürəyimin səsinə bax...